Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi

21.12.2018-ci il tarixdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Məktəbin qabaqcıl tarix müəllimi Yeganə Rəhimovanin rəhbərliyi ilə təşkil olunmuş tədbirdə şagirdlər Mehdi Hüseynzadənin həyatı və Böyük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışmış, slaydlar və “Üzaq sahillərdə “ filmindən fraqmentlər nümayiş olunmuşdur Şagirdlərin ifasında səhnəciklər göstərilmiş, şeirlər söylənilmişdir. Məktəbimizin musiqi müəllimi Gülər Babayevanın və şagirdlərin ifasinda mahni səslənmişdir .
Yekunda məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Y.Sadıqova çıxış edərək iştirakçılara təşəkkürünü bildirmişdir.