Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı dəyirmi masa keçirilib
Şagirdlərin mütaliəyə həvəsləndirilməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində bədii təxəyyülünün və məntiqi təfəkkürünün inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin rolu böyük əhəmiyyət kəsb edir. Bu cəhətdən məktəb kitabxanasında şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və kitabxanaya maraq artırmaq məqsədi ilə 2B sinif rəhbəri Şəhla Əsgərova və Mehri Hüseynovanın rəhbərliyi ilə tövsiyə olunan kitabların müzakirəsi ilə bağlı dəyirmi masa keçirildi.