UNEC-də bir gün
12.11.2018-ci il tarixdə məktəbin akt zalında Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları (UNEC) I və II ixtisas qrupu üzrə hazırlaşan X-XI sinif şagirdləri ilə “UNEC-də bir gün” layihəsinə əsasən görüşdülər.
Layihənin məqsədi şagirdləri universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.