Bayrağımız qürur mənbəyimizdir

Məktəbdə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunan silsilə tədbirlər, dəyirmi masalar və nümunəvi dərslər keçirildi.
08.11.2018-ci il tarixdə akt zalında 2b və 4c sinif şagirdlərinin iştirakı ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında şeirlər, rəqslər və səhnəciklər nümayiş olundu. Tədbiri təşkil etdikləri üçün ibtidai sinif müəllimləri Aidə Abbasova və Səadət Quliyevaya məktəb rəhbərliyi tərəfindən “Fəxri fərman” təqdim olundu. Həmçinin məktəbin UBR Çinarə Ağayeva və laborantı Bəyaz Əliyeva da məktəbin ictimai işlərində fəal iştirakına görə “Fəxri fərman”la təltif olundu.