Narkomaniya ümumibəşəri bəladır” və “Yol hərəkatı qaydaları
18.10.18-ci il tarixdə məktəbimizdə Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Narkomaniya ümumibəşəri bəladır” və “Yol hərəkatı qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə Yasamal rayon Polis İdarəsinin rəisi-polis polkovniki İsfəndiyar Mehbaliyev, Yol Polis Şöbəsinin rəisi,polis polkovnik-leytenantı Qəhrəman Qələndərov,Narkotiklə mübarizə bölməsinin rəisi-polis mayoru Anar Süleymanov, Yasamal rayon 29-cu Polis Bölməsinin rəisi -polis mayoru Rahib Nağıyev , məktəbin direktoru Yaqut xanım Sadıqova və digər polis əməkdaşları iştirak etmişdir.
Tədbir zamanı iştirakçılar çıxış edərək bəşəriyyətin ən böyük bəlası olan narkomaniyanın gənclərə vurduğu zərərdən , təhlükəli bir vərdişə çevrilməsindən, ona qarşı mübarizə yollarından və yol hərəkatı qaydalarından danışdılar. Tədbirin sonunda “ Narkomaniya ümumibəşəri bəladır” və “Yol hərəkatı qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” adlı videoçarx nümayiş etdirildi və yaranmış suallar cavablandırıldı.