FHN özünü necə aparmalı
22.01.2016-cı il tarixdə fövqəladə halların xəbərdar edilməsi və nəticələrin aradan qaldırılması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə 13N-li tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı”mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə 300(üç yüz) nəfərdən artıq müəllim və şagird heyəti iştirak etmişdir. Tədbirin keçirilməsinə Bakı Regional Mərkəzi ilə yanaşı Nazirliyin 6 struktur qrumunun eləcə də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvə və vasitələri də cəlb edilmişdir. Tədbir nəzəri və praktik olmaqla iki mərhələdə keçirilmişdir. Nəzəri hissə elektron vasitələrin köməyi ilə interaktiv formada, praktik hissənin ayrı-ayrı elementlərin nümayişi məktəb kollektivinin fəal iştirakı ilə təqdim edilmişdir. Praktiki hissədə təxliyə, axtarış-xilasetmə və yanğınsöndürmə əməliyyatları üzrə təqdimatlar nümayiş etdirilmişdir. Tədbirin sonunda iştirakçılara cəlb olunan texnika və avadanlıqların təyinatı, onlardan istifadə qaydaları, eləcə də fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsilə bağlı ətraflı məlumatlar verilmişdir.