15 sentyabr Bilik günü”
Məktəbimizdə “15 sentyabr Bilik günü” tədbiri təntənəli şəkildə keçirildi.
Dövlət himninin oxunması ilə başlanan tədbirdə məktəbin direktoru Əməkdar müəllim Yaqut Sadıqova çıxış edərək məktəbə yeni qədəm qoyan birinciləri təbrik etdi və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cənablarının, Birinci Vitse prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının sayəsində müəllimlərin daha əzmlə çalışmalarını vurğuladı. Azərbaycan Respublikası Təhsil Naziri cənab Ceyhun Bayramovun, nazir müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifələrini müvvəqqəti icra edən Məhəbbət xanım Vəliyevanın Bakı Şəhər Təhsil işçilərinin sentyabr konfransındakı çıxışından irəli gələn vəzifələr haqqında danışaraq bildirdi ki, təhsilimiz böyük inkişaf yolu keçir, o cümlədən məktəbimizdə də bir neçə ildir ki, 9-cu siniflərin nəticələrinə görə irəli addımlar atılır. Bu il isə 27 addım irəliləmişik. Məktəbimiz 3 yeni layihəyə qoşulmuşdur. İnanırıq ki, kollektivimiz bu layihələri də layiqincə başa çatdıracaqlar.
Daha sonra Yasamal İcra Hakimiyyətinin məsul işçisi Tural müəllim Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizovun müəllimlərə ünvanladığı təbrikini oxudu.
Nəhayət birincilər ilk zəng sədaları altında sinfə daxil oldular.