Benəlxalq Mülki Müdafiə günü
1 Mart - Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq 13N-li tam orta məktəbdə 27.02.2015-ci il tarixdə tədbir keçirilib. Məktəbin TTİ üzrə direktor müavini –Mülki Müdafiə Qərargahının rəisi Nuridə Qarayeva tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanıb. Əvvəlcə «112» qaynar telefon xəttinə məlumat verilib. Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürülüb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Sonra məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Qeyd edək ki, Respublikanın ümümtəhsil məktəblərində 2, 5 və 6-cı siniflərdə mülki müdafiə dərsləri keçirilir. Eyni zamanda 10-11-ci siniflərdə gənclərin çağırışaqədərki hazırlığı fənni ilə bağlı ayrıca mülki müdafiə məşqlərinin keçirilməsi dövlət səviyyəsində planlaşdırılıb.