"Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti"
13 dekabr 2017-ci il tarixdə "Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti" layihəsi çərçivəsində növbəti görüş 13 nömrəli tam orta məktəbdə təşkil edildi. Görüşdə kimya, biologiya, fizika, tarix, həyat bilgisi, ingilis dili fənləri üzrə ayrı-ayrılıqda nümunəvi dərslər dinlənildi. Sonda görüş bədii hissə ilə davam etdirildi.