"Sağlam qida-sağlam nəsil"

13.11.2017-ci il tarixində "Pətək" İB Təhsil Nazirliyinin və TİKA-nın dəstəyi ilə həyata keçirdiyi "Sağlam qida-sağlam nəsil" layihəsinin "Sağlam davranış" adlı mərhələsinə start verdi. İlk olaraq 13 saylı məktəbdə layihə ilə bağlı təqdimat keçirildi. Təqdimatda şagirdlərə ailə, qonşular, qohumlarla münasibət, ictimai yerlərdə, nəqliyyatda, məktəbdə və s. yerlərdə düzgün davranış qaydaları ilə bağlı çox faydalı məlumatlar verildi. Ümid edirik ki, keçirdiyimiz bu layihələr hər bir şagirdin cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində öz rolunu oynayacaq. Bu gün səpdiyimiz toxumlar gələcəkdə mütləq öz barını xalqa, vətənə, dövlətə verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi