18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür!

18.10.2017 tarixində məktəbin akt zalında 18 oktyabr-Azərbaycanın Müstəqilliyi Günü ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin müəllim kollektivi,şagirdlər və valideynlər iştirak etdilər.Məktəbin kitabxanaçıları tərəfindən hazırlanan tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Məktəbin qabaqcıl tarix müəllimi Yeganə Rəhimova bu günün tarixi haqqında məlumat verdi və slaydlar göstərdi. Sonra şagirdlər Azərbaycan haqqında şeirlər, vətən haqqında bayatılar söylədilər.Sonda şagirdlər “Torpağın səsi” mahnısını kollektiv ifa etdilər və bu günü Qarabağda keçirməyi arzuladıqlarını dilə gətirdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi