Bilik günü

Bu gün Bakı şəhəri Ş.Əfəndizadə adına 13N-li tam orta məktəbdə “Bilik günü” qeyd olunmuşdur.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və məktəbimizin “Kiçik Akademiya”sının himni səsləndi.Məktəbin direktoru Y.Sadıqova çıxış edərək birinciləri tədbrik etdi və 11 sentyabr 2017-ci ildə keçirilən Bakı şəhəri Təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikası Təhsil naziri cənab Mikayıl Cabbarovun və BŞTİ –nin müdiri Məhəbbət xanım Vəliyevanın çıxışından irəli gələn vəzifələr haqqında danışdı. 2017/2018 –ci tədris ilinin “ Keyfiyyət ili” olduğunu qeyd etdi. İlk dərsin Cəbrayılın Cocuq Mərcanlı kəndinin möhtərəm prezidentimiz, Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi ilə işğaldan azad olunmasına və orada aparılan yenidənqurma işlərinə həsr olunmasını bildirdi.Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Məmmədov çıxış edərək məktəbdə son illərdə təlim-tərbiyə sahəsində görülən müsbət işlərdən danışdı və ”Bilik günü” münasibət ilə bütün kollektivi təbrik etdi. Birincilər şeirlər söyləyib “İlik zəng”sədaları altında siniflərə daxil oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi