Son zəng
Bu gün Bakı şəhəri Ş.Əfəndizadə adına 13 N-li tam orta məktəbin məzunlarınının “Son zəng” tədbiri yüksək səviyyədə keçirildi. Tədbirdə Yasamal rayon İcra başçısının müavini Təravət xanım Muradova , BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Mübariz Məmmədli ,musiqi kafedrasının dekanı Elllada xanım, universitetin tələbələri, sevilən mügənnimiz Aygün Mahmudova, məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak edirdi. Biri-birindən gözəl musiqi və rəqs nömrələri ilə tədbir çox yüksək səviyyədə keçdi.Onbirincilər “Son zəng” sədaları altında estafeti birincilərə verdilər.