"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"

2 "B" sinifinin rəhbəri Sədaqət Hüseyovanın təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək şagirdləri təbrik etdi. Bu günün mahiyyəti, uşaqlara göstərilən diqqət və qayğıdan danışdı.
Tədbir şagirdlərin hazırladıqları maraqlı kompozisiyalarla davam etdi.