"28 May – Müstəqillik Günü"

Məktəbdə "28 May – Müstəqillik Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək, 28 May – Müstəqillik Gününün xalqımızın qürur mənbəyi olduğunu, tariximizin şanlı və parlaq səhifələrindən birini təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbir UBTR Çinarə Ağayevanın və 4 C sinfinin sinif rəhbəri Gülşən Səfərovanın təşkilatcılığı ilə şagirdlərin ifasında hazırlanan rəqslər, musiqili çıxışlar və şeirlərlə davam etdi.