"Məktəbin uğuru"

Məktəb tarixində bir ilk !

Məktəbin 60 illik fəaliyyəti dövründə ilk dəfə 2024/2025- ci tədris ilində şagirdlərimiz 5 medal qazanmışdır!

11 d sinif şagirdi Şahmuradlı Orxan Aqşin oğlu 2 medal qazanıb. Orxan buraxılış imtahanları zamanı 291 bal toplamış, xüsusi nümunəli attestat və "Qızıl döş nişanı"na , eyni zamanda Respublika Fənn olimpiadalarında informatika fənni üzrə "Bürünc" medala layiq görülmüşdür.

11 c sinif şagirdi Tatanlı Tofiq Qaçay oğlu Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə I yer qazanaraq "Qızıl medal"a layiq görülmüşdür.

7 a sinif şagirdi Rəhimli Nihad Qorxmaz oğlu "Dünyanın ən böyük Robotik festivalı" yarışında I yer qazanaraq Danimarkada keçiriləcək növbəti mərhələdə iştirak üçün vəsiqə qazanmışdır.

2 c sinif şagirdi Cabbarlı İnci Zaur qızı Global Olimpiya Center tərəfindən təşkil edilən GJMAT – Beynəlxalq Onlayn Riyaziyyat Müsabiqəsində "Bürünc medal" qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi