"Ailəm və Məktəbim"

Məktəbin kitabxana müdiri Məhəbbət Mirzəyevanın rəhbərliyi ilə "Ailəm və Məktəbim" layihəsi çərçivəsində valideyn və şagirdlərin iştirakı ilə kitab müzakirəsi keçirilib. Tədbirin əsas məqsədi ailə və məktəb arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, oxu mədəniyyətini təşviq etmək və şagirdlərin dünyagörüşünü genişləndirmək olub. Müzakirə zamanı iştirakçılar kitab haqqında fikirlərini bölüşüb, maraqlı sual-cavab sessiyası təşkil olunub.