Üzeyir Hacıbəyovun 140 illik yubileyi

Məktəbin musiqi müəllimi Gülər Babayevanın və UBTR -i Çinarə Ağayevanın təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbir musiqisi Üzeyir Hacıbəyovun olan Azərbaycan Respublikasının himni ilə başlandı.Dahi bəstəkarın opera səhnələri şagirdlər tərəfindən səhnələşdirildi.Rəqs və kompozisiyalar nümayiş olundu. Sonda məktəbin direktoru Əməkdar müəllim Yaqut Sadıqova çıxış edərək ürək sözlərini söylədi.