“Narkotikə yox deyək”

17.03.2025-ci il tarixdə 13N-li tam orta məktəbdə QHT sədri , “Narkotiklər,Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzinin” rəhbəri Nail Kəmərlinin təşkilatçılığı ilə “Narkotikə yox deyək” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak etdi. Tədbiri məktəbin direktoru Əməkdar müəllim Yaqut Sadıqova açıq elan etdi. Nail Kəmərli şagirdlərə narkotikin zərərləri barədə video rolik nümayiş etdirərək ətraflı məlumat verdi. Direktor Yaqut Sadıqovanın müəllifi olduğu "Qoy yox olsun narkotika və narkoman" adlı şeirini məktəbin 8D sinif şagirdi Rza İsmayılov ifa edərək alqışlarla qarşılandı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi