''Sağlam nəsil-parlaq gələcək"

"Sağlam nəsil-parlaq gələcək" layihəsinə əsasən məktəbdə Uşaqlarla məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Edelya İsmayılova və psixoloq Ülviyyə Ağayeva tərəfindən "Narkomaniyaya yox " mövzusunda IX-XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirici görüş keçirildi. Məqsəd şagirdləri zərərli vərdişlərdən ( tütün, narkotika) çəkinməyi aşılamaq, narkotikanın insan sağlamlığına vurduğu zərərləri onlara başa salmaq və bu vərdişlərdən uzaq durmalarını təbliğ etmək idi