Məktəbdə peşəyönümü məsləhəti və ixtisas seçimi mövzusunda görüş keçirildi.

Bu gün məktəbdə Peşəyönümü məsləhəti və ixtisas seçimi mövzusunda görüş keçirildi. Görüşdə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional məşğulluq filialinin əməkdaşları Nicat Muradlı ,Səyid Mamedov və məktəbin direktoru əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək gənclərə düzgün və düşünülmüş peşə seçmək üçün bir neçə vacib qaydaları izah etdilər. Şagirdlər tərəfindən verilmiş suallara ətraflı cavab verildi. Peşəyönümü ilə bağlı slayd nümayiş etdirildi.