"14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü"

Kitabın insan həyatındakı rolu əvəzsizdir. İnsanın yaşından asılı olmayaraq kitab hər zaman insanın dostudur. Bir-birimizə kitab hədiyyə etdikdə də onun dəyərini unutmamalıyıq. 2012-ci ildən bugünə kimi "14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü" keçirilir. Məktəbin kitabxana müdiri Məhəbbət Mirzəyevanın rəhbərliyi ilə şagirdlərin kitaba olan sevgisini və marağını artırmaq üçün onlara müxtəlif kitablar hədiyyə etdi.