İslam Həmrəyliyi
Martın 16-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Yasamal rayonunda yerləşən Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.“İslam barışıq və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova iştirak ediblər.Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayeva dünyanın ən kamil dinlərindən olan İslamın humanist və sülhsevər din olduğunu vurğulayıb. O, məktəblərdə məhz belə maarifləndirmə tədbirlərinin təşkilinin xüsusən əhəmiyyətli olduğunu vurğulayıb.Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan sabitliyə və birgəyaşayış ənənəsinə vurduğu zərbədən danışıb.Sonda şagirdləri maraqlandırılan suallar cavablandırılıb.