"Məktəbin uğuru"

Məktəbin 10 B sinif şagirdi Allahverdiyeva Zilan Zalan qızı Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqova Vəfa Turab qızının elmi rəhbərliyi ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (Türksoy) tərəfindən Türkmənistanın Anev şəhəri 2024 -cü il üçün Türk Dünyasının Mədəniyyəti Paytaxtı seçilmiş və böyük türk şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi ilə əlaqədar olaraq 2024-cu il adı çəkilən şairin “ Anım ili” nə həsr oliunmuş müsabiqədə iştirak edərək qalib olmuşdur. Bu səbəbdən Türkmənistan Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində keçirilən tədbirdə Zilan Allahverdiyeva Fəxri Fərman və Medalla təltif olundu. Rəhbərlik və kollektiv adindan Zilan Zalan qızını təbrik edir ona uğurlar arzulayırıq.