“Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti”

23.10.2024-cü il tarixdə 13N-li tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” adlı tədbir keçirildi. Tədbirdə Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev, Yasamal Rayon Polis İdarəsinin rəisin Şəxsi Heyətlə İşi Üzrə köməkçisi polis mayoru Vüsal Kərimov, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik- leytenantı Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşİn Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov , Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru polis mayoru Bəxtiyar Vəliyev, Yasamal Rayon Polis İdarəsinin digər əməkdaşları ,məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak etdi. Tədbiri məktəbin direktoru Əməkdar müəllim Yaqut Sadıqova açıq elan etdi. Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev qeyd olunan mövzular haqqında geniş məlumat verərək şagirdlərlə diskussiya yaratdı. Sonra Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik- leytenantı Anar İbrahimov “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda məruzə etdi. Direktor Yaqut Sadıqovanın müəllifi olduğu "Qoy yox olsun narkotika və narkoman" adlı şeirini məktəbin 8D sinif şagirdi Rza İsmayılov ifa edərək alqışlarla qarşılandı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi