“22 Oktyabr - Beynəlxalq Məktəb Kitabxanaları Günü”

Uşaqlar kitabla daha çox məktəbdə, xüsusilə məktəb kitabxanasında tanış olurlar. Onların maariflənməsi, dünya görünüşlərinin artması üçün məktəb kitabxanalarının rolu böyükdür. Bu səbəbdən məktəbin kitabxana müdiri Məhəbbət Mirzəyevanın rəhbərliyi və “Kitabsevərlər klubu”nun üzvlərinin iştirakı ilə “22 Oktyabr - Beynəlxalq Məktəb Kitabxanaları Günü”ə həsr olunmuş kitab sərgisi təşkil edildi. Ulu Öndər Heydən Əliyevin: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.” sözləri ilə sərgiyə başlayan kitabxana müdiri şagirdləri maraqlandıran sualları cavablandıraraq onlara müxtəlif janrlarda kitabla bağlı tövsiyyələr verildi.