" Müstəqilliyin Bərpası Günü"
1991-ci il oktyabr ayının 18-də Ali Sovetin sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" qəbul edilmiş Konstitusiya Aktına əsasən Azərbaycan tarixində yeni bir səhifə açıldı. Bu məqsədlə məktəbin tarix müəllimi Yeganə Rəhimova, kitabxana müdiri Məhəbbət Mirzəyeva və UBR-i Çinarə Ağayevanın rəhbərliyi və yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan “18 oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir təşkil olundu. 2021-ci ildən etibarən yeni adı “Müstəqilliyin Bərpası Günü” kimi qeyd olunan bu günün yaranması, tarixi faktları və tariximizdə tutduğu mühüm yer ilə bağlı şagirdlərə geniş məlumatlar verildi.