“Yaşıl dünya naminə həmrəylik ili”
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və oktyabr ayı ərzində "Məktəbdə ekologiya ayı " və COP-29 layihəsi çərçivəsində məktəb kitabxanasında kitabxana müdiri Məhəbbət Mirzəyeva, UBTR-i Çinarə Ağayeva, ingilis dili müəllimi Kəmalə Adıyevanın rəhbərliyi və 5"B" sinif şagirdlərinin iştirakı ilə “Green world” adlı dəyirmi masa təşkil olundu. Tədbirdə UBTR-i Çinarə Ağayeva şagirdlərlə: “Dünyamızın və ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması üçün əl-ələ verək!” deyərək söhbətlər apardı. Daha sonra şagirdlər hazırladıqları təqdimatları ingilis dilində məruzə etdilər.