“Son Zəng”
Bu gün məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənərək başladı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov, məktəbin valideynləri Azərbaycanın Milli Qəhrəmanı Fariz Çoban oğlu Qəhrəmanov, Qarabağ müharibəsi qazisi Turan Yavər oğlu Xudiyev , Müdafiə Nazirliyinin əməkdaşı Polkovnik leytenant Zöhrab Rəhimov , məktəb valideyn komitəsinin sədri Könül Hacıyeva və digər valideynlər iştirak iştirak etdi. Məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək 2023-2024- cü tədris ilində təhsil sahəsində uğur qazanan müəllim və şagirdləri təltif edərək məzunları təbrik etdi. Məzunlar bir-birindən gözəl musiqi və rəqs nömrələri ilə çıxış etdilər. Sonda onbirincilər “Son zəng” sədaları altında estafeti birincilərə verdilər.