27 sentyabr Anım Günü
Məktəbdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində canını qurban vermiş şahidlərimizin "27 Sentyabr - Anım Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənərək başladı. Məktəbin direktoru, əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək, İkinci Qarabağ müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
İlk dərs saatları "27 Sentyabr - Anım Günü"nə həsr olundu.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq arzulayırıq!