Son zəng
Bu gün məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsələnərək başladı. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar şöbəsinin müdiri Cəfərov Zöhrab iştirak etdi. Məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək 2022-2023-cü tədris ilində yüksək uğur qazanan müəllim və şagirdləri təltif edərək məzunları təbrik etdi. Məzunlar bir-birindən gözəl musiqi və rəqs nömrələri ilə çıxış etdilər. Sonda onbirincilər “Son zəng” sədaları altında estafeti birincilərə verdilər.