Dünyaya günəş kimi doğan insan
Məktəbin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxanası və "Zəfər Yolu" Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyi ilə birgə keçirdiyi Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş "Dünyaya günəş kimi doğan insan" adlı tədbir təşkil olundu. Tədbirdə şəhid ataları və müharibə veteranları iştirak etdilər. Məktəbin direktoru əməkdar müəllim Yaqut xanım Sadıqova qonaqları salamladı, Ulu Öndərin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Ulu Öndərə həsr olunmuş şeirlər, kompozisiyalar, rəqs qrupu çıxış etdi.