Pedaqoji şuranın növbəti iclası

Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda direktor respublikanın Əməkdar müəllimi Yaqut Sadıqova çıxış edərək Azərbaycan Respublikası Elm və Təhsil  nazirinin “Ümumtəhsil məktəblərində  2022-2023-cü tədris ilinin təşkili” barədə əmrində  tədris ili üçün nəzərdə tutulanları bir daha müəllimlərin diqqətinə çatdırdı. Həmçinin I yarımilin hesabatı, Respublika Fənn Olimpiadalarının birinci turunun nəticələri, Fənn müsabiqələrinə hazırlıq  və VI, VII, IX siniflərdə keçirilən monitorinqlərin nəticələri təhlil edildi.

TTİ üzrə direktor müavini Rəfiqə Xanəliyeva təhlilləri slaydlar vasitəsi ilə təqdim etdi.

Məktəb psixoloqu Ülviyyə Ağayeva risk qrupuna daxil olan şagirdlər haqqında, təşkilatçı Edelya İsmayılova davamiyyət və dərsə gecikmə halları barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi