Biliyini paylaş

"Biliyini paylaş"layihəsi çərçivəsində 29.12.2022-ci il tarixində məktəbimizin Ingilis dili müəllimi,mentor, "Dinləyərək və Əylənərək öyrənmənin üstünlükləri" layihəsinin rəhbəri Günay İbrahimovanın və layihə üzvləri Ruhiyyə Məmmədova, Səma Əsədova, Lamiyə Əsgərovanın təşkilatçılığı  ilə " Vətənim Azərbaycanı kəşf edək " mövzusunda nümunəvi dərs keçirildi.
Dərsin məqsədi şagirdlərə doğma vətənimizi ingilis dili - coğrafiya -tarix- təsviri incəsənət fənnlərinin inteqrasiya şəklində tədrisini təşkil edərək, Azərbaycanımızın, xüsusilə Qarabağımızın tarixini, coğrafiyasını və incəsənətini daha yaradıcı şəkildə təqdim etməkdən ibarət idi.
Dərs müddətində vətənimizi bir neçə cəhətdən təqdim etmək şagirdlərin böyük marağına səbəb oldu.
Şagirdlərin "Biliyini paylaş, sərhədləri aş" şüarı altında dərsimizi yekunlaşdırdıq.
Məktəb rəhbərliyinin şagirdlərlə səmimi söhbəti onlarda daha böyük ruh yüksəkliyi yaratdı.
Layihə müddətində bizə göstərdiyi dəstəyə görə məktəb rəhbərliyinə direktor- Yaqut xanım Sadıqovaya və t/t işləri üzrə d/müavini - Rəfiqə xanım Xanaliyevaya xüsusi təşəkkürümüzü bildiririk.
#Biliyinipaylaş
#13nömrəliməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi