Uşaq hüquqları aylığı
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.Məktəbin psixoloqları Ağayeva Ülviyyə və İsmayılova Tamara siniflərdə söhbətlər aparıb,həmçinin slayd və videoçarx vasitəsilə "Uşaq Hüquqları Konvensiyası" barədə uşaqlara ətraflı məlumat verdilər.