Konstitusiya günü

Məktəbdə Konstitusiya günü münasibəti ilə tədbir keçirildi. Konstitusiya günü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Y.Sadıqova açıq elan etdi . Dövlət himni səsləndikdən sonra məktəbin 2B sinif şagirdləri ədəbi- bədii kompozisiya ilə çıxış etdilər. X-XI sinif şagirdlərinin ifasında səslənən mahnı və rəqslər tədbirə rəngarənglik qatdı. Konstitusiya günü ilə bağlı əl işlərindən ibarət sərgi və divar qəzetlərinin müsabiqəsi keçirildi. Müsabiqədə əl işləri üzrə 10 a sinif şagirdi Məmmədzadə Aysel muncuqlardan hazırladığı Konstitusiya kitabına görə I yerə və 8a, 9a ,11c sinif şagirdlərinin hazırladığı divar qəzetləri isə I-III yerlərə layiq görülmüşdür. Sonda Yasamal rayon İcra başçısının müavini Təravət xanım və Yasamal rayonu YAP qadınlar şurasının və ağbirçəklər şurasının sədri Tamella xanım çıxış edərək tədbirin yüksək səviyyədə keçməsindən və onun əhəmiyyətindən danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi