Siniflərdə xüsusi dərslər
Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayevin 21.09.2021-ci il tarixli F-450 nömrəli əmrinə əsasən V-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır” mövzusuna həsr olundu. Siniflərdə xüsusi dərslər keçirildi. Məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Yaqut Sadıqova şagirdlərə Qarabağ haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Cənablarının düzgün siyasəti, dəmir yumruğu, müzəffər ordumuz və şəhid olan əsgərlərimizin, xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olundu. 2021/2022-ci tədris ilinin “Zəfər ili” elan olunmasını qürur hissi ilə çatdırdi.