Vahid dərs

29.092016 tarixində “Sən sahibkarsan “ adlı layihə əsasında “ Vahid dərs “ keçirilmişdir. Dərsdə yuxarı sinif şagirdləri iştirak edərək öz gələcək sahibkarlıq fəaliyyətindən geniş söhbət açdılar .Diskussiya zamanı şagirdlər mükəmməl sahibkarlığın sirlərini dərindən öyrənmək arzusunu bildirdilər. Şagirdlər qruplara bölünüb –müxtəlif kompaniyaları təmin edirdi. Hər kompaniya gəliri yüksən olan bir-birindən cəlbedici biznez proyektləri irəli sürürdü. Nəticədə ən maraqlı və sərfəli proyekt qalib gəldi . Müxtəlif psixoloji oyun və testlər şagirdlərin əldə etdiyi qazanca münasibətini bildirdi və dərsi daha da canlandırdı . Dərsdə iştirak edən məktəb rəhbərliyi keçirilmiş vahid dərsin şagirdlərin sahibkarlıq təfəkkürünün formalaşmasına müsbət təsir edəcəyinə inandığını bildirdi və şagirdlərə müvəffəqiyyətlər arzu etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi