Son Zeng
13№-li tam orta məktəb “Son zəng” tədbirini Dövlət himninin səslənməsi ilə başladı.Sonra məktəbin direktoru Yaqut Sadıqova çıxış edərək “Təhsili millətin gələcəyi kimi” yüksək qiymətləndirən ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının, “Yeniləşən Azərbaycana yeni məktəblər” proqramının müəllifi, Azərbaycanın I xanımı millət vəkili, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun apardığı uğurlu islahatlardan danışdı.Məktəbin 2015-2016-cı tədris ili ərzində qazandığı uğurları və qarşıda duran vəzifələri qeyd etdi.XI sinif şagirdləri bir-birindən gözəl çıxışları ilə hər kəsi heyran etdi.Məktəbin valideyni, tanınmış müğənni İzzət Bağırov öz mahnıları ilə tədbiri daha da coşdurdu.RJK şöbə müdiri Vaqif müəllim məktəbdə görülən işləri müsbət dəyərləndirdi və məzunları təbrik etdi. Məktəbin 10-cu sinif şagirdi Yusif Cəfərzadə Qarabağ şikəstəsini oxuduqdan sonra, bütün məzunları “Azərbaycan əsgəri” mahnısını ifa etdilər.Sonda “Son zəng” sədaları altında məktəbin açarı 1-cilərə təhvil verilmişdir.