Kiçik Akademiya
1 iyun 2016-cı il tarixində KA-nın illik hesabat iclası keçirildi. İclasda Məktəbin direktoru, müavinlər, vitse prezidentlər, bölmə rəhbərləri, KA-nın üzvləri, müəllimlər iştirak edirdilər. Rəsmi və bədii hissədən ibarət olan iclas KA-nın prezidenti Abdullayeva Fidanın çıxışı ilə başlandı. O, KA çərçivəsində görülmüş işlər barədə hesabat verdi. Şagirdlərdə elmi dünya görüş formalaşdırılması istiqamətində sistemli iş aparılması haqda məruzə etdi. Tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi lahiyələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaradılmasını qeyd etdi. Tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərin elmi məruzə və lahiyələrini qiymətləndirmək məqsədi ilə direktor, fənn müəllimlərindən, KA-nın prezident və vitse prezidentlərindən ibarət münsiflər heyəti yaradıldı.Münsiflər heyyətinin tətkibi:1. Məktəbin direktoru: Sadıqova Yaqut2. Tədris işlər üzrə direktor müavini: Qarayeva Nuridə3. Fənn Müəllimləri: Hüseyinova Tərifə Sadıxova Gülsüm Eldarova Yasəmən Sanıyeva Rəna Qurbanova Gülnarə Mikayılova Tehranə Eyvazova Firəngiz Məmmədli Yaqut Səlimova Sevil Rəhimova Samirə4. KA-nın prezidenti: Abdullayeva Fidan5. Vitse prezidentlər: Cəbrayıl Mədinə Salmanov Tural Mustafazadə AyselSonra görülən işlər barədə bölmə rəhbərlərinin hesabatları dinlənildi. KA-nın üzvləri məruzə və elmi lahiyələrini slaydlarla təqdim etdilər. Uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq tədbirlər görüldü. Təqdimatlar münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlar əsasən qiymətləndirildi, fərqlənənlər diplomlarla mükafatlandırıldı. İclasın mahnı və rəqslərdən ibarət olan bədii hissəsidə çox maraqlı keçdi. Azərbaycan və digər ölkələrin rəqsləri milli və klassik musiqiləri şagirdlər məharətlə ifa etdilər. Sonda məktəbin direktoru Y.Sadıqova çıxış edərək bildirdi ki, təqdimatlar cox gözəldir və məktəbin kiçik akademiyasının bütün gənc alimlərinə işlərində müvəffəqiyətlər arzuladı.