Oxu Bacarıqların İnkişafı
PIRLS- Oxu Bacarıqların İnkişafı üzrə beynəlxalq qiymətləndirilmə hər dörd ildən bir keçirilir. Tədqiqatda ibtidai təhsilin IV sinif şagirdlərinin oxuyub təhliletmə bacarığı, təhsil müəssisələri, müəllimlər, şagird və valideynlər, onların əhatə olunduğu mühit və digər faktorlar öyrənilir. Tədqiqat bu il bizim məktəbdə Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndəsi Gülnar xanım tərəfindən məktəbin 4ç sinif şagirdləri və onların valideynləri arasında aparıldı.