44 günlük zəfər qələbəsi

 

Dünya xəlq olunandan bəri bəşəriyyət heçdə həmişə öz adı ilə çağırılmayıb. Tarix boyu güclülərlə, zəiflər,namərdlərlə, mərdlər, günahsızlarla, günahlılar arasında mübarizə gedib. Məhz bu mübarizənin nəticəsi olaraq çox vaxt məğlub kürsüsündə oturan “ikincilər” olub. Amma ona görə yox ki, şər qüvvələr daha güclü olublar. Sadəcə atalar demişkən, hər yerdə “arxali köpək qurd basar”, prinsipi işlək olub. Lakin bu “basılma” , bu məğlubiyyət, bu sıxıntı əbədi ola bilməz. Gec-tez kürəyi yerə dəymiş mərd özündə güc tapıb ayağa qalxacaq və xainlərin, xəbislərin cavabını verəcək.

Bəzən fikirləşirsən ki, görəsən tarixin dərin qatlarına enib, başımıza gələn müsibətlər dəryasına baş vurmadan, kör-köranə qondarma erməni soyqırımı tanımaları barədə qərarlar qəbul edan ABŞ və Fransa senatlarının habelə İtaliya parlamentinin baş kürsülərindəki şəxslər tarix boyu bir qarış torpağı olmayan ermənilərin məhz bizim ərazilərimiz hesabına vətən sahibi olmalarından xəbərdardırlarmı?

Bəli, tarix boyu ermənilər türk və Azərbaycan xalqlarının başına ağıla sığılmaz müsibətlər gətiriblər.Hamıya yaxşı məlumdur ki, artıq 30 ilə yaxındır ki, müstəqil Azərbaycan Respublika sovet imperasiyasının miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib. Bu problem siyasi mənsubiyyətindən tutduğu vəzifəsindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını düşündürür və narahat edir. Münaqişənin həlli üçün nə qədər səylər göstərilsədə, heçbir nəticə əldə olunmayıb. Ölkə rəhbərliyi bu münaqişəni sivil yolla həll etməyi məqsədəuyğun sayırdı.

Bugün Azərbaycan xalqı çox yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişənin həlli gec də olsa, məhz Prezident İlham Əliyevin apardığı düzgün siyasət sahəsində Azərbaycanın xeyrinə həll olunacaq.

Son zamanlar hərbi münaqişənin həlli ilə bağlı cərəyan edən hadisələr göstərdi ki, Ali Baş Kamandandan tutmuş siravi ölkə vətəndaşınadək hər bir kəs ən son anda hərbi güc tətbiq edərək torpaqlarımızın erməni işğalından azad edilməsinə hazırdır.

Budur həmin gün gəlib çatdı 27 sentyabr 2020-ci il səhər saatlarında Birinci Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı “Dəmir yumruq” əməliyyat altında tarixə düşən bu müharibə atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür.

44 günlük müharibə pilotsuz təyyarələrin, sensorların, ağır artileriyyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onun informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu.

Rusiya, Fransa, ABŞ-ın vasitəçiliyi ilə əldə olunan üçtərəfli atəşkəs də, müharibəni dayandıra bilmədi. Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın 8 noyabr 2020-ci il tarixindən sonra İ.Əliyev, V.Putin, N.Paşinyan arasında 10 noyabr 2020-ci il saat 00:00 –dan bütün döyüş əməlyatını dayandıran bəyanatı imzalandı. Müqaviləyə əsasən Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altında olan digər ətraf əraziləri Azərbaycana qaytardı. Azərbaycan,Türkiyə və İranla həmsərhəd olan Naxçıvan dəhlizini əldə etdi. Azərbaycan Respublikası Müdafiə Nairliyinin yaydığı məlumata görə, Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçu həlak olub. DNT analiz nəticəsində şəxsiyyəti müəyyən edilmiş hərbiçilərimiz, itkin düşmüş hərbi qulluqçularımızın tapılması ilə şəhidlərimizin sayı artır. Dünyadakı çoxsayılı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 30 ildə güc topladıq, dümənin başını “Dəmir yumruq” la vurub əzdik. 30 il davam edən işğala 44 gündə son qoyduq. Bu döyüşdə ölkəmiz xeyli az itki ilə böyük irəliləyşlərə imza atdı. Sözlərimi Müzəffər Ali Baş Komandanın Şuşa işğaldan azad edildiyi gün çıxışında ifadə etdiyi sözləri ilə tamamlamaq isteyirəm. “Şuşanı azad etdik ! Bu böyük qələbədir ! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bugün ! Gözün

aydın olsun Azərbaycan. Gözünüz aydın olsun dünya Azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək, mənim həyatımda bəlkədə ən xoşbəxt günlərdən biridir” .

Bugün ordu quruculuğu sayəsində görülməmiş yüksəlişlər əldə etmiş Mətin Sərkərdəmiz var. Tanrı Aərbaycan xalqını və sərkərdəmizi qorusun.
                                         Metodşürasının sədri Rəhimova Yeganə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi