Məktəbdə keçirilən tədbirlər haqqında

Məktəbdə bayram günləri, tarixi günlər, məktəbimizin şəhid məzunlarının ad günləri ilə əlaqədar tədbirlər, Azərbaycanın Milli Qəhrəmanları ilə tez-tez görüşlər keçirilir.Məktəbin pedaqoji və şagird kollektivi "Bayraq Günü" ilə əlaqədar bayraq meydanını , "20 Yanvar" faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanını, 26 Fevral "Xocalı Soyqırımı" ilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət etmişlər. Məktəbin şagirdləri "Vətənin müdafiəsinə hazıram" mövzusunda rəsm sərgisində iştirak etmişlər. Azərbaycanın "Milli Qəhrəmanları" Fariz Qəhrəmanov, İbad Hüseynli ilə müəllim və şagird kollektivinin görüşü keçirilmişdir. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazıçı Elxan Elatlının yazdığı" Qisas gecəsi" kitabının məktəbimizdə müzakirəsi təşkil edildi, şagirdlər Mübariz İbrahimov haqqında "Qisas gecəsi" kitabından götürülmüş bir hissəni səhnələşdirdilər.Məktəbimizdə Təhsil Naziri Mikayıl Cabbarovun "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması" haqqında əmrinin icrası məqsədilə Professor Əjdər Ağayevin uşaqlara həsr etdiyi "Pişik balasının səhvi" əsərinin səhnələşdirilmiş təqdimatı keçirildi. 3-cü sinif şagirdlərinin sinif rəhbərləri Elmira Hüseynova və Seçmə Canmirzəyevanın rəhbərliyi ilə təşkil etdikləri tədbir tamaşıçılar tərəfindən alqışlarla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi