"Musiqi Günü" qeyd olundu

18 Sentyabr ölkəmizdə "Milli Musiqi Günü" kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Məktəbin musiqi müəllimi Nuriyeva Çiçəyin təşkilatçılığı ilə 8e və 9b sinif şagirdləri ilə xüsusi dərs keçirilib. Dərsdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir çıxış edərək şagirdlərə bu günün tarixindən bəhs edib. Texnologiya müəllimi Səfərova Təranə, təsviri incəsənət müəllimi Novruzova Qızxanımda öz əl işləri ilə dərsə qatılıblar. Dərsin keçirilməsində məqsəd musiqi mədəniyyətinə marağı artırmaq və şagirdləri bu barədə maarifləndirməkdən ibarətdir.