"Pedaqoji Şura" iclası keçirilib

Sentyabr ayının 12-də 2025-2026ci tədris ilinin ilk "Pedaqoji Şura" iclasi keçirilib. Məktəbin direktoru Əliyeva Sədaqət pedaqoji kollektivi yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. İclas zamanı direktor keçən tədris ilində əldə olan uğurlar, qarşıda duran vəzifələr, hədəflər haqqında məlumat verib. Təlim tərbiyə işləri üzrə direktor müavini Hüseynov Elçində çıxış edərək bir sıra məsələlərə aydınlıq gətirib. Uşaqlarla məktəbdən kənar ve sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı Əliyev Cavanşir çıxış edərək cari ildə qarşıda duran məsələlər haqqında sinif rəhbərlərini məlumatlandırıb və müəllimləri təşkilati işlərdə fəallığa səsləyib. İclasın sonunda direktor müəllimləri təlim keyfiyyətinin daha da yüksəldilməsi, qarşıya qoyulan hədəflərə çatmaq üçün birgə əməkdaşlığa çağırıb.