Şəhid general-mayor Polad Həşimov

Şəhid general-mayor Polad Həşimov 02.01.1975-ci ildə Qəbələ rayonu Vəndam kəndində dünyaya göz açmışdır. Onun xatirəsinə həsr olunmuş tədbir Vəndam kənd 1 nömrəli tam orta məktəbi tərəfindən təşkil olunmuşdu. Məktəbimizin direktoru Sədaqət Əliyeva və təsviri incəsənət müəllimi Qızxanım Novruzova da anım video konfransına dəvətlilər arasında idi. Məktəbimizin 11a sinif şagirdi Xəyalə Abdullayevanın  çəkdiyi portret iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Video konfransda məktəbin müəllimi şagird kollektivilə yanaşı generalın qohumu Mədinə xanım və oğlu Davud da iştirak edirdi.General haqqında xatirələrini bölüşənlər arasında məktəbimizin məzunu Rəşad Novruzov da var idi. Tədbirin təşkilatçısı Gündüz Musayevaya gözəl təşəbbüsünə görə təşəkkürmüzü bildiririk.Məktəbimizin 5ç sinif şagirdi Quliyeva Zəhra general Polad Həşimovun xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi