RİYAZİYYAT MÜƏLLİMƏMİZ FƏXRİ FƏRMANLA TƏLTİF OLUNDUBakı şəhəri 125 № li tam orta məktəbin riyaziyyat müəllimi Məlikova Lətafət Hafiz qızı təhsilin inkişafındakı xidmətlərinə,gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə fəxri fərmanla təltif edilib.
BAKI ŞƏHƏRİ ÜZRƏ ORTA ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİNİN ŞAGİRDLƏRİ ARASINDA KEÇİRİLƏN MÜSABİQƏDƏ ŞAGİRDİMİZ FƏRQLƏNDİ9 noyabr -"Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında"Mənim bayrağım"mövzusunda keçirilmiş rəsm müsabiqəsində fərqləndiyinə görə 10 cu sinif şagirdimiz Babayeva Firəngiz təltif edilib.
XƏZƏR RAYON GƏNCLƏR VƏ İDMAN İDARƏSİNİN KEÇİRDİYİ BİLİK OLİMPİADASINDA UĞURLU NƏTİCƏ ƏLDƏ EDİLDİAzərbaycan Respublikası Kontitusiyasına görə dövlətimiz demokratik, hüquqi, dünyavi, unitar xarakter daşıyır. Qanunlarımızı bilmək, hüquq və vəzifələrimizə bələd olmaq hər birimizin vətəndaşlıq borcudur. Hüquqi biliklərin təbliği ilə bağlı hər il keçirilən ənənəvi “MƏNİM HÜQUQLARIM” yarışlarında Ə.Əliyev adına 125№-li tam orta məktəb öz yüksək nəticələri ilə daim fərqlənmişdir. Bu gün 08.11.2017-ci il tarixdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi bilik olimpiadasında məktəbin şagirdi Əliyev Emin Vüqar oğlu yüksək nəticə göstərərək I yerə layiq görülmüşdür. UĞURLARIMIZ BOL OLSUN DOĞMA 125№-Lİ MƏKTƏBİMİZ!!!