"Hüquqlarımızı qoruyaq" adlı tədbir keçirilib

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxanaçısı Nağıyeva Cəmalə və sinif rəhbəri Babayeva Vüsalənin təşkilatçılığı ilə 15 noyabr 2023 - cü il tarixində 4 A sinif şagirdləri ilə birlikdə "Uşaq Aylığı"na həsr olunmuş, "Hüquqlarımızı qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə şagirdlərə uşaq hüquqlarına aid suallar verilib. Kitabxanaçı Nağıyeva Cəmalə uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunlarından danışıb.

    Uşaqların təhsil və ya yaşayış yerlərində, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda birləşmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

    Şagirdlər, uşaq hüquqları haqqında geniş məlumat alıblar. Hər biri öz növbəsində Uşaq konvensiyasından danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi