"Uşaq hüquqları aylığı" haqqında maarifləndirici söhbət aparılıb

    Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı - ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur. Bu səbəbdən məktəbimizin ibtidai sinif müəllimi Əliyeva Kəmalə II B sinif şagirdləri ilə "Uşaq hüquqları aylığı" haqqında maarifləndirici söhbət aparıb. Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb, videoçarxlar izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi