"Uşaqların hüquqları və vəzifələri" mövzusunda debat keçirilib

    Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Ölkəmizin qoşulduğu BMT - nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib.

    6 noyabr tarixində Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin V A sinif şagirdləri, təşkilatçı Səlimova Mehriban, sinif rəhbəri Qəmbərova Rəziyənin iştirakı ilə "Uşaqların hüquqları və vəzifələri" mövzusu ətrafında maarifləndirici debat keçirilib. Şagirdlər bu haqda nə dərəcədə məlumatlıdırlar? Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir. Azərbaycan Respublikasında uşaq hüquqları dövlətimizin nəzarəti altında fəaliyyət göstərir. Qeyd edək ki, bütün uşaqlar bərabər hüquqlara malikdir. Bəs uşaqlar öz huquqlarını bilirlərmi? Bu sual ətrafında müzakirələr aparıldı. Şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırıldı, sonda "Uşaq hüquqları"na həsr olunmuş videoçarxlar izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi